
“Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayan və qədirbiləndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır””
(“Fatir” surəsi, 34-35).
“...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız”
(“Zuxruf” surəsi, 75).
“Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük uğur və qurtuluşdur”
(“Tövbə” surəsi, 72).
“İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daimi rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik”
(“Nisa surəsi”, 57).